
Fev 15 , 2017 | 06:02 / Mühüm hadisələr
Cari ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Gənc Alimlərin I Qurultayı keçiriləcək. Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin fevralın 15-də keçirilmiş iclasında qəbul edilib. AMEA-nın Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinə və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına Təhsil Nazirliyinin müvafiq qurumları ilə birgə bir ay müddətində tədbirlər planının hazırlanaraq akademiyanın rəyasət heyətinə təqdim edilməsi tapşırılıb.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, ölkəmizdə gənclər siyasətinin inkişaf etdirilməsi, gənc nəslin elmə cəlb olunması və yaradıcılıq potensialının artırılması, həmçinin gənc alimlərin elmi fəaliyyəti ilə bağlı problemlərin həlli vacib məsələlərdəndir.