Məktəblilər üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar təşkil olunacaq
Fev 17 , 2017 | 10:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3319 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başlayır.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkarlanıb seçilməsi və onların riyazi biliklərə daha dərindən yiyələnmələri məqsədilə təşkil olunan elmi-populyar seminar və mühazirələr dünyanın bir çox elmi mərkəzlərinin praktikasında geniş yayılıb.

Riyaziyyatın yaradıcılıq və tətbiq imkanlarının şagirdlərə izah edilməsi, orta məktəb kursuna daxil olmayan əlavə mövzuların şərhi və şagirdlərin elmi yaradıcılığa cəlb edilmələri üçün keçirilən seminar və mühazirələri Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları aparır.

Qeyd edək ki, birinci mühazirə fevralın 22-də bu elm müəssisəsində keçiriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.