AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci il üçün illik Fəaliyyət planı təsdiq olunub
Fev 23 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2919 )

Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda keçirilib. Rəyasət Heyəti AMEA-da gənc alim və mütəxəssislərin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, onların elmi nəticələrinin “Springer”, “Elsevier”, “Scopus” və “Tomson Reuters” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda nəşri istiqamətində fəaliyyətinin gücləndirilməsi, innovativ yönümlü tədqiqat işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu məqsədlə müsabiqə təşkil edilsin.
Tədbirdə Şuranın 2017-ci il üçün illik Fəaliyyət planı da təsdiq olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.