Məktəblilər üçün "Fizika aylığı" elan olunub
Fev 23 , 2017 | 05:05 / Görüşlər
Oxunma ( 5177 )

Bakı şəhəri Yasamal rayonu 308 nömrəli tam orta məktəbin VIII-X sinif şagirdləri bu təhsil müəssisəsində təşkil olunan “Fizika aylığı” çərçivəsində AMEA Fizika İnstitutunun İnnovasiya sektorunda olublar. Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda fizika elminə marağın artırılması olub.

Görüşdə şagirdlər institutun laboratoriyaları ilə tanış olublar. Bu müəssisənin gənc alim və mütəxəssisləri institutda aparılan tədqiqat işləri, onların praktik əhəmiyyəti və tətbiq perspektivləri, həmçinin İnnovasiya sektorunun fəaliyyəti və burada quraşdırılan cihazlar barədə ətraflı məlumat veriblər.

Məktəblilər AMEA-da təşkil olunan sərgi ilə də tanış olublar.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.