Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda beynəlxalq laboratoriya yaradılacaq
Mart 04 , 2017 | 12:20 / Mühüm hadisələr
Oxunma ( 3113 )
Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin tapşırığı əsasında İnstitutun aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev martın 1-dən Türkiyədə elmi ezamiyyətdədir. 
Beş günlük səfərdə məqsəd AMEA Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Orta Doğu Texnik Universiteti və Ərzurum Atatürk Universitetinin kimya bölmələri arasında müştərək beynəlxalq laboratoriyanın yaradılmasıdır. 
Martın 3-də Əfsun Sucayev Orta Doğu Texnik Universiteti Kimya bölməsinin rəhbəri, professor Cihangir Tanyeli ilə görüşüb. Tərəflər görüləcək konkret işləri müəyyənləşdirərək beynəlxalq laboratoriyanın yaradılması ilə bağlı bütün məsələləri razılaşdırıb.  Hazırda Ərzurum Atatürk Universitetinin Kimya bölməsinin rəhbərliyi ilə də danışıqlar aparılır. Yaxın vaxtlarda beynəlxalq laboratoriyanın yaradılması məqsədilə tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir.  
Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu Türkiyənin hər iki universitetinin kimya bölmələri ilə müştərək tədqiqatların aparılması, gənc alim və mütəxəssislərin təcrübə mübadiləsi məqsədilə qarşılıq əməkdaşlıq edir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.