Fotos
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının geniş tərkibli iclası keçirilib
Mart 15 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2386 )

Bu gün AMEA Arxeol­ogiya və Etnoqrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci il fəaliyyyət planının müzakirəsi və prioritet istiqamətlərinin müəyyən edilməsi, Şuraya yeni üzvlərin qəbulu, yeni İdarə Heyətinin seçilməsi və digər təşkilati məsələlər barədə geniş tərkibli iclas keçirilmişdir. İclası giriş sözü ilə açan Şuranın sədri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov ilk növbədə Şuraya yeni qəbul edilmiş gənclərə təşkilatın fəaliyyət istiqamətləri və həyata keçirdiyi işlər barədə qısa məlumat verdikdən sonra, İnstitut GAMŞ-nın 2016-cı il tədbirlər planına uyğun olaraq məqsədyönlü  fəaliyyətinin qənətbəxş hesab edildiyini  və təqdim edilən hesabatın qəbul olunduğunu üzvlərin nəzərinə çatdırmaqla yanaşı, onlara bu tədbirlərin həyata keçirilməsində göstərdikləri fəaliyyət üçün öz təşəkkürünü bildirdi.

İclasda o da vurğulandı ki, keçən il ərzində Şuranın bir neçə üzvü xarici ölkələrdə qısa müddətli təcrübələrdə və ixtisasartırma kurslarında iştirak etmişdir.

         Daha sonra AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş AMEA GAMŞ-nın 2017-ci il fəaliyyət planına uyğun olaraq, İnstitut GAMŞ-nın yeni fəaliyyət planı Şura üzvlərinin nəzərinə çatdırılmışdır. Cari ildə həyata keçiriləcək tədbirlər barədə rəy və təkliflər dinlənilmiş, fikir mübadiləsi aparılmış və İnstitut GAMŞ-nın fəaliyyət planı yekdilliklə qəbul edilmişdir. İl ərzində keçiriləcək tədbirlərdə gənclərin fəaliyyət istiqamətləri müəyyən edilmiş və xüsusi ilə 2017-ci ilin aprelində keçiriləcək "İSLAM ÖLKƏLƏRİ GƏNC ALİMLƏRİNİN FORUMU”-nda onların fəal iştirak etmələri tövsiyyə edilmişdir.

         İclasda gənclərin asudə vaxtının səmərəli təşkili və dil biliklərinin təkmilləşdirilməsi məqsədi ilə, İnstitut gəncləri üçün ingilis dili kurslarının təşkili barədə qərar qəbul edildi.

         Daha sonra Bəxtiyar Cəlilov Şuranın İdarə Heyətində dəyişikliklər edilməsinin vacibliyini qeyd etdi. Alim, bunun səbəbini Şuranın fəaliyyətinin daha səmərəli şəkildə təşkil etmək məqsədi daşıdığını nəzərə çatdırdı. Nəticədə 9 nəfərdən ibarət olan İdarə Heyətinin əvəzinə, 5 nəfərdən ibarət yeni İdarə Heyəti seçildi. İnstitutun gənc alimləri Valeh Ələkbərov Şura sədrinin yeni müavini, Natiq Alışov və  Gülanə Əliyeva İdarə Heyətinin yeni üzvləri seçildi.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.