Fotos
FİZİOLOGİYA İNSTİTUTUNUN GƏNC ALİMLƏRİ KİMSƏSİZ UŞAQLAR EVİNİ ZİYARƏT EDİB
Mart 15 , 2017 | 04:28 / Görüşlər
Oxunma ( 2871 )

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimovanın təşəbbüsü və gənc alimlərin dəstəyi ilə İnstitutun bir qrup əməkdaşı kimsəsiz uşaq evini ziyarət ediblər. Tədbir Ramana qəsəbəsində yerləşən 7 saylı Uşaq Nevroloji Sanatoriyasındakı şəraitlə tanışlıqdan başlayıb. Ordakı şərait, uşaqların qidalanması və s.  haqqında ətraflı məlumat verən Sanatoriyanın baş həkimi Firəngiz Heydərova, baş tibb bacısı Züleyxa Qurbanova və digər əməkdaşlar gənc alimlərin iştirakı ilə sanatoriyanın 3-7 yaş arası sakinlərini Novruz bayramı münasibətilə təbrik etmiş, onları bayram sovqatı ilə sevindirmişlər. Eyni zamanda tədbirdə körpələrimiz də gənc alimlərə süpriz etmiş, özlərinin şer və mahnıları ilə həm Fiziologiya İnstitutunun əməkdaşlarını, həm Azərbaycan xalqına öz təbriklərini çatdırıblar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.