
Mart 20 , 2017 | 03:45 /
Bahar bu gün Azərbaycana qədəm qoyub. Hadisə Bakı vaxtı ilə saat 14:28-də baş verib, bununla da gecə və gündüz bərabərləşib.
Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar yazın gəlişini tarixən müəyyən ortaq bayramlarla qeyd ediblər. Novruz bu bayramlar arasında miqyasına və özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.
Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, Krım türklərinin Nevrez adlandırdıqları bu bayram bir çox ölkələrdə hər ilin mart ayında geniş qeyd olunur.
AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq, Akademiyanın gəncləri timsalında bütün xalqımızın Novruz bayramını təbrik edirik. Bayramınız mübarək!!!