“Müstəqillik illərində Azərbaycan incəsənəti” mövzusunda gənclərin elmi konfransı keçirilib
Mart 16 , 2017 | 05:31 / Mühüm hadisələr
Oxunma ( 4030 )

15 mart 2017-ci ildə İnstitutun gənc alim və mütəxəssislərinin konfransı keçirildi. Konfrans “Müstəqillik illərində Azərbaycan incəsənəti” mövzusuna həsr olunmuşdu. Konfransın gedişində müasir incəsənətin bu və digər problemlərinə həsr olunan 25 çıxış dinlənildi. Mövzu etibarilə çıxışlar təsviri və tətbiqi incəsənət, teatr, kino, musiqi mədəniyyəti, memarlıq, şəhərsalma, dizayn problemlərini əhatə edirdi.

      Konfransı giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ə.Salamzadə müstəqillik illərində mədəniyyət və incəsənət sahəsində baş verən böyük inkişafdan danışdı, bu işdə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğuladı.

         Sonra çıxış edən Azərbaycan MEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev tədbir iştirakçılarına gənclər elmi potensialının fəaliyyətinin məqsədyönlü təşkili sahəsində əldə olunan uğurlar barədə məlumat verdi, bu sahədə gələcək inkişaf imkanları barədə fikirlərini bölüşdü.

       İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pərvanə Əliyeva öz çıxışında belə bir əminlik ifadə etdi ki, gənclər potensialı bundan sonra da milli elmin inkişafına öz töhfəsini verəcəkdir. O, bu işdə elmi konfransların keçirilməsinin rolunu xüsusi vurğuladı.

    Daha sonra konfrans öz işini iştirakçıların çıxışları ilə davam etdirdi. Sonda suallar səsləndi və çıxışçılar verilən suallara ətraflı cavab verdilər. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.