Ali məktəb tələbələri arasında olimpiada keçiriləcək
Mart 29 , 2017 | 01:34 / Mühüm hadisələr
Oxunma ( 2471 )

AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası” keçiriləcək.  

Yarışda iştirak etmək üçün hər bir ali təhsil müəssisəsindən maksimum 4 komanda qeydiyyatdan keçə bilər. Ali təhsil müəssisələrinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanacaq. Hər komanda 1 nəfər rəhbərdən (müəllim) və 3 nəfər iştirakçıdan (tələbə) təşkil olunmalıdır.

Olimpiadanın ilk mərhələsi 29 aprel 2017-ci il tarixində saat 10:00-da Bakı Mühəndislik Universitetində keçiriləcək. Növbəti (final) mərhələnin isə 6 may 2017-ci il tarixində İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır.

Olimpiadada iştirak etmək üçün 21 aprel 2017-ci il tarixinədək qeydiyyatdan keçmək zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.