Fotos
AMEA Radiasiya Problemləri İnstitutunda gənclərin elmi-ictimai fəaliyyəti ilə bağlı müzakirələr aparılıb
Mart 31 , 2017 | 03:26 / Mühüm hadisələr
Oxunma ( 3018 )
30 mart 2017-ci il tarixində AMEA Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Gündəlikdə 2017-ci təqvimi ili üzrə fəaliyyət planın müzakirəsi məsələsi dururdu.
İclası giriş sözü ilə açan Şura sədri, fizikia-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov 2016 ildə həyata keçirilmiş mühüm işlərin qısa xronikasını xatırladaraq qeyd etdi ki, həmin il elmi-təşkilati fəaliyyət baxımından xeyli uğurlu olmuşdur. O, bununla əlaqədar İdarə Heyətinin üzvlərinə təşəkkür etdi.
Daha sonra cari ildə görüləcək işlərlə bağlı İdarə Heyətinin üzvlərinin təklifləri geniş müzakirə edilərək 2017-ci il üçün faəliyyətin əsas istiqamətləri müəyyənləşdirildi. Bu ilki tədbirlər planında gənclərin beynəlxalq elmi fəaliyyəttinin inkişafı ilə bağlı onlara göstərilən metodiki və informasıya dəstəyinin artırılması, onların müasir cihaz və avadanlıqlarla davranma vərdişlərinin inkişaf etdirilməsi məqsədilə müvafiq treyninqlərdə iştirakları üçün lazımi şəaritin yaradılması, eləcədə müxtəlif yerli və xarici fondların elan etdiyi elmi-ictimai qrant müsabiqələrində gənc tədqiqatçıların  aktivliyinin təmin edilməsi nəzərdə tutuldu.
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.