Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçiriləcək
Apr 07 , 2017 | 08:30 / Mühüm hadisələr
Oxunma ( 2909 )

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək.

AMEA-dan verilən məlumata görə, əvvəlcə tədbirdə akademiyanın ötən ildəki elmi nailiyyətlərinə həsr olunan sərgi nümayiş etdiriləcək.

Akademiyanın əsas binasında keçiriləcək ümumi yığıncağın gündəliyində AMEA rəyasət heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın, Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis edilən, AMEA-nın adlı mükafatlarının təqdimatı nəzərdə tutulub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.