Fotos
AMEA Radiasiya Problemləri İnstitutunda BDU-nun gənc fizikləri üçün seminar təşkil olunub
Apr 10 , 2017 | 03:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 1064 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Radiasiya Problemləri İnstitutunda (RPİ) “Radioaktivlik, ionlaşdırıcı şüalar, onun növləri, əsas xüsusiyyətləri, ölçü vahidləri” adlı elmi seminar keçirilib. Seminar BDU nun Tələbə Elmi Cəmiyyətləri arasında əldə olunmuş razılığa əsasən təşkil olunub. Budəfəki seminarda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 30-a yaxın tələbəsi iştirak edib.

Seminarı giriş sözü ilə açan AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov seminarın əhəmiyyətindən, AMEA- da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri olan elm və təhsilin inteqrasiyasından, həmçinin mövcud perspektivlərdən danışıb.

Daha sonra Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “Radioaktivlik, ionlaşdırıcı şüalar, onun növləri, əsas xüsusiyyətləri, ölçü vahidləri” adlı təqdimatla çıxış edib. Çıxışının əvvəlində RPİ-nin yaranması və inkişafı tarixindən, mövcud laboratoriyaların fəaliyyət istiqamətləri və gördüyü işlərdən danışıb, radiasiya, radiasiya təhlükəsizliyi, enerji resursları, nüvə energetikası, nüvə çirklənmələri və digər istiqamətlər haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.