Fotos
Məktəblilər AMEA Genetik Ehtiyatlar İnstitutuna ekskursiya ediblər
Apr 12 , 2017 | 04:43 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3286 )

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində "Azərbaycanın təbii sərvətləri və biomüxtəliflik" mövzusu ilə bağlı ekoloji aylığın keçirilməsi ilə əlaqədar olaraq, Nəsimi rayon 151 nömrəli orta məktəbin 6, 7 və 8-ci sinif şagirdlərindən təşkil olunmuş 14 nəfərlik “Yaşıl Planet” briqadası biologiya müəllimi Salehə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda (GEİ) ekskursiyada olmuşdur. İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Məhəmməd Eldarov qrup üzvlərini institutun əsas fəaliyyət istiqamətləri və nailiyyətləri ilə tanış etdikdən sonra, Ekobotanika və Sistematika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Aydın Əsgərov şagirdlərə Azərbaycanın zəngin bitki genetik ehtiyatları, onların toplanılması və botaniki təhlili üsulları, həmçinin institutda yaradılmış Herbari fondu haqqında ətraflı məlumat vermişdir. Şagirdlər Herbari fondundakı materiallar, onların hazırlanması qaydaları ilə yaxından tanış olmuşdur. Daha sonra Rüşeym plazması laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova briqada üzvlərini on mindən çox bitkinin toxum ehtiyatlarının mühafizə olunduğu Milli Genbankla tanış etmişdir. Şagirdlərə Biotexnologiya şöbəsində görülən işlər və mövcud avadanlıqların istifadə məqsədləri haqqında ətraflı məlumat verilmiş, sualları cavablandırılmışdır. Sonda “Yaşıl Planet” briqadası institutun tarla-təcrübə sahələri ilə tanış olmuşdur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.