"ClimateLaunchpad" beynəlxalq startap proqramına start verilib
Apr 13 , 2017 | 01:00 / Elmi müsabiqələr
Oxunma ( 2827 )

"ClimateLaunchpad" beynəlxalq startap proqramı "ClimateLaunchpad" əksəriyyəti Avropa ölkələri olmaqla 33 ölkənin iştirak etdiyi, dünyanın ən böyük yaşıl biznes ideyaları yarışıdır və təmiz texnologiya (cleantech) sahəsində ideyaları olan gənclərə, ideyalarını tanıtmağa fürsət yaradır və həmin ideyaları inkişaf etdirərək qlobal təsir yaradan startaplara çevirmələrinə kömək edir. Proqram 2014-cü ildən etibarən hər il keçirilir və hazırda bu ölkələr "ClimateLaunchpad" proqramında iştirak edir: Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqaristan, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Macarıstan, Moldaviya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Sloveniya, Şotlandiya, Turkiyə, Ukrayna və Yunanıstan. "ClimateLaunchpad" proqramı adı çəkilən ölkələrdə 100-dən çox dövlət və özəl qurumlar tərəfindən dəstəklənir. Bunlara "Accenture", "Benard Schulte Shipmanagement", "Deloitte", "Ernst & Young", "Hellenic Bank", "Microsoft", "PWC", "Sparebank", "Volvo", "World Wide Fund" kimi özəl şirkətlər və müxtəlif ölkələrin aidiyyati nazirlikləri daxildir. Bu proqram özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təkif edir. "ClimateLaunchpad" proqramına müraciətlər 16 Aprel 2017 tarixinə qədər davam edəcək və həmin tarixdən növbəti 3 həftə ərzində iştirak edən hər bir ölkədən 7-20 komanda seçiləcəkdir. Yarışma 4 əsas mərhələdən ibarətdir: Mərhələ 1: "Bootcamp" – 6 - 7 May, 2017 Seçimlərdən sonra proqrama seçilən 7-20 komandaya "ClimateLaunchpad" tərəfindən göndərilən xarici ekspert tərəfindən 8 modul üzərində 2 günlük praktiki "bootcamp" keçiriləcəkdir. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənəcəklər. Mərhələ 2: Intensiv ölkə daxili koçinq sessiyaları – May – İyul, 2017 "Bootcamp" mərhələsi bitdikdən sonra komandalar 6-10 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar yerli ekspertlər tərəfindən "ClimateLaunchpad"- in müəyyən etdiyi vacib biznes mövzuları üzərində praktiki işləyəcək və özlərini ölkə finalına hazırlayacaqlar. Mərhələ 3: Ölkə Finalı – 5 Avqust, 2017 Ölkə daxili koçinq sessiyalarından sonra komandalar "ClimateLaunchpad"-in də təmsilçisinin iştirak etdiyi münsif heyəti qarşısında ilk 3 yerə girərək Grand Final-a vəsiqə qazanmaq üçün təqdimatlar edəcəklər. Ümumilikdə 33 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2017-ci ilin Oktyabr ayında keçiriləcək Grand Final-a vəsiqə qazanacaqlar. Bu komandaların Grand Final-da iştirakının bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.