AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib
Apr 10 , 2017 | 08:04 / Mühüm hadisələr
Oxunma ( 2793 )

Aprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti yığıncağı keçirilib. İclasda iştirak edən İnstitutun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sabiq sədri filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov çıxış ediblər.
Sonra səsvermə yolu ilə Nəzəri dilçilik şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.