Fotos
Gənc tədqiqatçı “Dəyişən dün­yada türk xalqlarının milli mədəniyyəti” mövzusunda I Beynəlxalq elmi konfransda məruzə edib
Apr 17 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2974 )

12-15 aprel 2017-cı il tarixində Rusiya Federasiyası Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Büdcəsi Müəssisəsi və  Respublika Milli Mədəniyyəti İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Dəyişən dün­yada türk xalqlarının milli mədəniyyəti” mövzusunda I Beynəlxalq elmi konfrans keçrilib. Bu tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi  Aynurə Paşayevaiştirak edib. Gənc tədqiqatçı  “Türk xalqları mədəniyyəti azərbaycanlı publisistlərin nəzərində (Turkic peoples culturals in azerbaijani publicists view)” mövzusunda (ingilis dilində) məruzə etmiş və sertifikatla təltif olunmuşdur.

Eyni zamanda  konfrans müddətində Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi beynəlxalq sərgidə  gənc tədqiqatçının “Məni nə vədə Şuşaya yetirərsən? (Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları povesti haqqında”)” (Bakı, Elm və təhsil, 2012) kitabı nümayiş olunmuşdur. 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.