Fotos
AMEA Zoologiya İnstitutunun gənc alimləri Famelab lahiyəsinin final mərhələsinə vəsiqə qazanıblar
Apr 17 , 2017 | 05:00 / Elmi müsabiqələr
Oxunma ( 2678 )

Böyük Britaniyanın Çeltenham Elm Festivalında yaradılan layihənin məqsədi elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapmaqdır. Lahiyə Azərbaycanda ilk dəfə 2007-2009-cu illərdə keçirilmişdir. Bu il Bakı Mühəndislik Universitetində British Council ilə birgə təşkil olunan yarışda elm, texnika, mühəndis, tibb, riyaziyyat və digər sahələrində çalışan şəxslər, mütəxəssislər iştirak ediblər. AMEA Zoologiya İnstitutunun gənc alimlərindən “Quru onurğalıları” laboratoriyasının k.e.i., Günay Qasımova, e.i., Sevinc Rəcəbova və “Quru onurğasızları” laboratoriyasının doktorantı Nərmin Beydizadə Famelab layihəsinin yarımfinalında iştirak edib. Günay Qasımova “Ecosystems need snakes”, Nərmin Beydizadə “Wonderful life of spiders”, Sevinc Rəcəbova isə “Let's save the world” mövzularında ilə maraqlı çıxışlar etmişlər.Günay Qasımova və Nərmin Beydizadə finala vəsiqə qazanıb.

Qeyd edək ki, seçim mərhələsinin nəticəsində 30 yarımfinalçıdan yalnız 10 nəfər finalda iştirak edə biləcək. Final mərhələsində qalib olan layihə isə Böyük Britaniyada baş tutacaq Çeltenham Elm Festivalında iştirak hüququ qazanacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.