Fotos
Şagirdlərdən ibarət “Kiçik Akademiya” qrupu AMEA Genetik Ehtiyatlar İnstitutunda ekskursiya edib
Apr 18 , 2017 | 12:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3161 )

Bakı şəhəri Nərimanov rayon 304 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət “Kiçik Akademiya” qrupu biologiya müəllimi Şəfəq Hacıyevanın rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda ekspediyada olmuşdur.

İnstitutun elmi katibi Səidə Şərifova və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Məhəmməd Eldarov şagirdlərə elmi müəssisənin tarixi, burada görülən işlər və əldə edilən nailiyyətlər barədə məlumat vermiş, onların suallarını cavablandırmışdır. Sonra qrup üzvləri institutun Biotexnologiya şöbəsində olmuş, laboratoriyalardakı cihazlar, onların işləmə prinsipləri haqqında məlumat almışlar. Ekobotanika və Sistematika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Aydın Əsgərov şagirdlərə Azərbaycanın zəngin bitki genetik ehtiyatları, onların mühafizəsi, toplanılması və botaniki təhlili üsulları, həmçinin institutda yaradılmış Herbari fondu haqqında məlumat vermiş, herbarilərin hazırlanma və saxlanma qaydası ilə tanış etmişdir. Daha sonra Texniki yem və dərman bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Məmmədova pambıq, soya və digər texniki və yem bitkiləri barədə şagirdlərə ətraflı məlumat vermişdir.

Şagirdlər sonda İnstitutun on mindən çox bitkinin toxum ehtiyatlarının mühafizə olunduğu Milli Genbankı ilə tanış olmuşlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.