Fotos
AMEA Rəyasət Heyətində doktoranturaya yeni qəbul olunanlarla görüş keçirilib
Apr 17 , 2017 | 04:28 / Mühüm hadisələr
Oxunma ( 3448 )

Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri və Kimya Elmləri bölmələrinin doktorantları ilə görüşüb.

Tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.

Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.

Görüşdə dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsi tövsiyə olunub.

Sonda dissertasiya mövzuları təsdiq edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.