Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında qrup oyunları davam edir
Apr 20 , 2017 | 04:00 / İdman yarışları
Oxunma ( 3160 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında növbəti qrup oyunları keçrilib və aşağıdakı nəticələr qeydə alınıb.

20 aprel

Saat 13.00

 C qrupu

Neft Kimya Prosesləri İnstitutu - Memarlıq və İncəsənət İnstitutu  -  5 - 0

D qrupu

Fizika İnistitutu - Respublika Seysmoloji Xidmət Mərkəzi  - 17 - 2

 Saat 14.00

C qrupu

Coğrafiya İnstitutu - Dendrologiya İnstitutu -  4 - 10

D qrupu

İdarəetmə Sistemləri İnstitutu - Kataliz və Qeyri üzvi  Kimya İnstitutu  - 7 - 3

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.