Kimyaçı alim "İLİN ALİMİ" ali media mükafatı ilə təltif edilib
Apr 20 , 2017 | 03:00 /
Oxunma ( 2818 )

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Polimer aşqarlar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elxan İsakov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən "İLİN ALİMİ" ali media mükafatı ilə təltif edilib. Alim bu mükafata keçirilmiş rəy sorğusuna görə, ziyalı olaraq ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti və vətənə, xalqa xodmətlərinə görə layiq görülüb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.