İngilis alimi "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb
Apr 28 , 2017 | 02:44 / Elmi müsabiqələr
Oxunma ( 2404 )

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland layiq görülüb. Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunub.  Professor R.Hoyland mükafata Azərbaycanın mədəni və tarixi irsinin beynəlxalq miqyasda elmi əsaslarla öyrənilməsinə və təbliğinə verdiyi böyük dəstəyə görə layiq görülüb. Alim 2012-ci ildən bu istiqamətdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə elmi əməkdaşlıq edir. O, 2013-cü ildə Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin İngiltərə tərəfindən rəhbəri təyin olunub. Bundan başqa, professor R.Hoyland İngiltərədə professor Nərgiz Paşayevanın rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun həmtəsisçisidir. Alim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş və Cənubi Qafqaz bölgəsində ilk müsəlman istehkamı hesab edilən qədim Bərdə şəhərində 2014-cü ildən arxeoloji qazıntı işlərinə rəhbərlik edir.  Professor R.Hoyland Şərqin tarixi və mədəniyyəti ilə bağlı "İslam başqalarının gözü ilə" (1997), "Ərəbistan və ərəblər" (2001), "Edessalı Teofilin salnaməsi" (2011), "Allahın izi ilə: ərəb istilaları və ilk İslam imperiyası" (2014) kimi fundamental elmi tədqiqatların müəllifidir. Alimin əsərləri bü gün də dünyanın aparıcı universitetlərinin şərqsünaslıq bölmələrində İslam tarixi və mədəniyyəti üzrə mühüm əyani tədris vəsaitləri kimi istifadə edilir. Professor R.Hoyland Böyük Britaniyanın Sent Endrüz və ABŞ-ın Nyu York universitetlərində də elmi tədqiqatlarını davam etdirir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.