Fotos
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə AR Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
Apr 28 , 2017 | 02:48 / Mühim hadisələr
Oxunma ( 1345 )

27 aprel 2017-ci il tarixində Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə "İslam həmrəyliyi ilinə" həsr olunmuş "Mədəniyyət naminə elm" şüarı altında "Mədəniyyət - davamlı inkişafın amili kimi" mövzusunda növbəti elmi seminar keçirilmışdir.

Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə keçirilmiş tədbirdə Respublikanın beş ali məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi institutları və Gənc Alim və Mütəxəssislər Şurası təmsil olunmuşdur. Tədbirdə çıxış edən nazir potensialların inteqrasiyasının vacibliyini bildirmiş və birgə layihələrin həyata keçirilməsini tövsiyyə etmişdir.

Seminarın qonaqları olan müxtəlif dövlət və elm müəssisələrinin nümayəndələri ölkənin inkişafında və sabitliyinin təmin olunmasında elm və mədəniyyət amilinin oynadığı rol haqqında "İslamda Kitabxanaşünaslıq mədəniyyəti", “İslam Həmrəyliyi və elmi gənclik” "İslam Həmrəyliyi ümumbəşəri dəyərlər kontekstində", "İslam və Dünyəvilik mədəniyyəti: Azərbaycan təcrübəsində", "Yoxsulluğun aradan qaldırılmasında İslam iqtisadiyyatının inkişaf istiqamətləri" adlı məruzələr ilə geniş çıxışlar etmişlər.

Tədbir çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası arasında Əməkdaşlıq Müqaviləsinin imzalanma mərasimi təşkil olunmuşdur.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.