Akademiklərə adlı mükafatlar təqdim olunub
Apr 28 , 2017 | 06:00 / Elmi müsabiqələr
Oxunma ( 2918 )

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları öz sahiblərinə təqdim olunub.

Ümumi yığıncaqda AMEA-nın adlı mükafatları üzrə müsabiqənin Rəyasət Heyətinin 15 fevral 2017-ci il tarixli qərarı ilə elan edildiyi xatırladılıb. Bildirilib ki, müsabiqəyə qatılmış alimlər barədə təqdimatlar və müvafiq sənədlər Ekspert Komissiyasına verilərək AMEA-nın adlı mükafatlarına namizədlər haqqında hazırlanmış müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib. Rəyasət Heyətinin son iclasında müsabiqənin nəticələri nəzərə alınaraq alimlərin sözügedən mükafatlara layiq görülməsi barədə qərar qəbul olunub.

Beləlikə, fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Allahverdiyevə laylı kristalların fiziki xüsusiyyətlərinin araşdırılması və onların lazerlərdə tətbiqi sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə AMEA-nın Nəsirəddin Tusi adına, akademik Məhərrəm Babayevə Azərbaycan torpaqlarının təsnifatı, qiymətləndirilməsi və mühafizəsi sahəsindəki fundamental tədqiqatlarına və onların nəticələri üzrə silsilə monoqrafiyaların nəşrinə görə AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanova Azərbaycan professional musiqi tarixi və nəzəriyyəsinin, dahi Azərbaycan bəstəkarı və musiqişünası Üzeyir Hacıbəyli irsinin tədqiqi sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, AMEA-nın müxbir üzvü Zakir Qarayevə dərin mikozların törətdiyi xəstəliklərin diaqnostika və müalicəsi üzrə fundamental və kliniki tədqiqatların inkişafına verdiyi töhfələrə, müvafiq elmi kadr hazırlığındakı yüksək nailiyyətlərinə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları verilib.

Akademik Vaqif Fərzəliyev müxtəlif funksional xassələrə malik üzvi birləşmələrin, həmçinin, yüksək təsirli aşqarların yaradılması sahəsində fundamental tədqiqatlara və tətbiqi nəticələrinə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına, akademik Vasif Babazadə Azərbaycanda geologiya elmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi töhfələrə və yüksəkixtisaslı kadr hazırlığına görə AMEA-nın akademik Musa Əliyev adına, tarix üzrə elmlər doktoru Əli Rəcəbli isə Azərbaycan tarixinin çoxəsirlik dövlətçilik ənənələrinin (numizmatik irs əsasında) tədqiqində əldə etdiyi mühüm elmi nəticələrə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı ilə təltif olunublar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.