I Beynəlxalq Gənclər konfrans-müsabiqəsi keçirilib
May 05 , 2017 | 04:36 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3229 )

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun həmtəsisçisi olduğu “Rostok” Elmi-tədqiqat işlərinin I Beynəlxalq Gənclər konfrans-müsabiqəsi keçirilib.

2017-ci ilin Rusiyada "Ekologiya və Təbiətin Xüsusi Qorunan Əraziləri İli" elan edilməsi ilə bağlı keçirilən müsabiqədə institutun himayəçilik etdiyi 132-134 saylı təhsil kompleksinin 10-cu sinif şagirdi Asif  Məmmədov iştirak edib.

Müsabiqənin yekun nəticələrinə əsasən o, I yerə layiq görülüb və sertifikatla təltif olunub.

Qeyd edək ki, A.Məmmədov 2 ay müddətində Fiziologiya İnstitutunun Ekotoksikologiya laboratoriyasında b.ü.f.d. Qriqori Palatnikovun rəhbərliyi altında hazırlıq keçib. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.