May 10 , 2017 | 08:38 /
08 may 2017-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmin Nazirliyin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin və 1 saylı Bakı Tibb Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümə həsr edilmiş “Heydər Əliyev və Gənclik” mövzusunda konfrans keçirilib.
Konfransı giriş nitqi ilə 1 saylı Bakı Tibb Kollecinin direktoru Nəriman Mövsümov açıb. Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, Gənc alim və mütəxəssislər Şurasının sədri Ayxan Rüstəmzadə Heydər Əliyevin Azərbaycan Respublikası və gəncliyi üçün həyata keçirdiyi islahatlardan, o cümlədən, ölkənin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın əlillərlə bağlı gördüyü işlərdən danışıb. Həmçinin, 1 saylı Bakı Tibb Kollecinin nailliyyətlərindən biri kimi Kollecdə əlillərlə bağlı xüsusi qrupun olmasını təqdiralayiq hesab edib.
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Aidə Bəndəliyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı Zöhrə xanım Əsgərova ümummilli liderin həyat yolundan və ölkənin müstəqilliyi üçün yerinə yetirdiyi işlərdən danışıblar.





17931039571793964160.jpg)
17933474081793963983.jpg)











