Fotos
MOLEKULYAR BİOLOGİYA VƏ BİOTEXNOLOGİYALAR İNSTİTUTUNUN DOKTORANTI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
May 17 , 2017 | 03:32 / Mühüm hadisələr
Oxunma ( 2798 )

11-12 may 2017-ci il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Gənc alimlərin elmin, innovasiyaların və texnologiyaların inkişafında rolu” mövzusunda II Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda MDB və xarici (Pakistan) ölkələrin elmi-tədqiqat institutlarının qənc alim və tədqiqatçıları iştirak ediblər. May ayının 11-də baş tutan beynəlxalq tədbirin plenar iclasında təşkilatçı ölkənin bir sıra rəsmi dövlət nümayəndələri, müvafiq fondların, təhsil müəssisələrin nümayəndələri və s. məruzə ediblər. Konfransa AMEA Molekulyar Biologiya və Biotexnologiyalar institutunun kiçik elmi işçisi, doktorant Paşayeva  Aynurə Nağı qızı da qatılıb.

Konfrans iştirakçıları iqtisadi, ekoloji, geoloji və astrofiziki problemlərə dair tədqiqatların və həmçinin bioloji müxtəlifliliyin qorunması və öyrənilməsi kimi aktual məsələləri əks etdirən elmi tədqiqatların inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Doktorant Aynurə Paşayeva proteom və metabolom səviyyələrində işığa molekulyar uyğunlaşmanın öyrənilməsinə həsr olunmuş “Xlorofil fluoressensiyasının qeyri-fotokimyəvi sönməyəsinə məsul olan fotosintetik komplekslərin zülalların paylanmasında dəyişikliklər” mövzusunda çıxış edib. A.Paşayevanın çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfransın ikinci günü keçirilən dəyirmi masa ətrafında elm və təhsil sahəsində çalışan istedadlı gənclərin dəstəkləməsinin və tanınmasının vacibliyi, elmin inkişafında onların böyük rolu və bu kimi beynəlxalq statuslu tədbirlərin keçirilməsinin  məqsədəuyğunluğu vurğulanıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.