Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutu Türkiyənin Nazilli Pambıqçılıq Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək
İyn 02 , 2017 | 03:36 / Görüşlər
Oxunma ( 3351 )

Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin Nazilli Pambıqçılıq Tədqiqat İnstitutunun (NPTİ) üç eksperti may ayında 5 günlük Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olmuşlar.

Məqsəd AMEA GEİ ilə NPTİ arasında qarşılıqlı elmi əməkdaşlığın qurulması və bu əməkdaşlıq çərçivəsində elmi-tədqiqat məqsədilə bir sıra pambıq sortlarının mübadiləsini həyata keçirməkdən ibarət olmuşdur. Səfər “İslam Ölkələri üçün Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzi tərəfindən İslam Əməkdaşlığı Təşkilatına Üzv Ölkələrdə Pambıqçılıq Sektorunun İnkişafı Proqramı” çərçivəsində baş tutmuşdur. Səfər zamanı türkiyəli mütəxəssislər (NPTİ) yerli mütəxəssislərlə (GEİ) birgə onlar tərəfindən yaradılmış pambıq sortları toxumlarını GEİ dayaq məntəqələrinin sahələrində əkmişlər. Həmçinin GEİ tərəfindən yaradılmış sortların Türkiyə şəraitində öyrənilməsi məqsədilə hər bir sorta aid toxum qonaqlara təqdim edilmişdir.

Səfər müddətində NPTİ-nin mütəxəssisləri tərəfindən GEİ, Kənd Təsərrüfatı Nazirliyinin  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə “Pambıq sortları və effektiv becərilmə texnologiyaları” mövzusunda təlim kursu keçirilmişdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.