Fotos
Bakıda nüfuzlu yerli və xarici mütəxəssislərin iştirakı ilə ailə və uşaq psixologiyasına dair ilk beynəlxalq konfrans öz işinə başladı
İyn 02 , 2017 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 4207 )

2 iyun 2017-ci il tarixində paytaxt Bakıda AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan “Ailə və uşaq psixologiyası” mövzusunda I Beynəlxalq Konfransa start verilidi. İki gün davam edəcək konfransın rəsmi açılışı AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutdu. 200-ə yaxın iştirakçının, o cümlədən tanınmış yerli və xarici mütəxəssislərin qatıldığı konfransı giriş nitqi ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açdı. Təbrik çıxışında F. Salmanov son zamanlar Azərbaycanda və dünyada aktuallıq daşıyan ailə və uşaq psixologiyasına dair problematik məsələlərin müxtəlif aspektli müzakirəsini daha böyük miqyasda təmin edən konfransın məqsəd və perspektivlərindən danışdı. O, qeyd etdi ki, təmsil etdiyi Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstrərən Fəlsəfə İnstitutunda və digər müvafiq təşkilatlarda ailə və uşaq psixologiyasına dair tədqiqalar dissiplinar və multidissiplinar yanaşma müstəvisində fundamental elmi problem kimi öyrənilməkdədir. Bu istiqamətdə tədqiqatların aparılmasında gənc tədqiqatçılar da xüsusi aktivlik göstərir. Bu gün ərsəyə gətirilən konfrans yerli tədqiqatçılar üçün dünya təcrübəsinin öyrənilməsi, yeni metodik yanaşma, həmçinin apaırlan araşdırmaların nüfuzlu mütəxəssislərlə müzakirəsi və s. amillər baxımından faydalı platforma təşkil edir. Təbii ki, Azərbaycan üçün ilk təşəbbüs olan və  olduqca vacib mövzuya həsr olunmuş belə bir konfransın bizimlə ortaq Narınc Uşaq Psixologiya Mərkəzinin təşkil etməsi və keçirilməsi heç də təsadüfi mahiyyət daşımır. Bu Mərkəz Azərbyacanda uzun müddədir ki, uğurla fəaliyyət göstərir və çox geniş yerli və xarici əlaqələrə malikdır. Düşünürəm ki, istər Akademiyanın gənc alim və mütxəssisləri, istərsə də Mərkəzin və digər müvafiq yerli və xarici təşkilatların subyektləri konfransın ikigünlük programı çərçivəsində faydalı müzakirələrdə qarşılıqlı iştirak edəcək və uşaq və ailə psixologiyasının müsir aktual probemlərinin həllinə birgə töhfə verəcəklər.

Növbəti təbrik çıxış edən Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova, Azərbaycan RespublikasıAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qurbanova, AMEA Fəlsəfə İnstitutunun fəlsəfə, sosiologiya və sosial psixologiya  şöbəsinin rəhbəri Rəfiqə Əzimova,İlahiyatçı alim Hacı Surxay Məmmədli, və trkiyədn gələn qonaqlar Psixoterapevt klinik refleksoloq Esat Başaran,psixoloq Tancu Ekinçi, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovvə digəriləri konfransla bağlı  fikirlərinin bildirdilər.

Təbrik çxışlarından sonar konfransın plenar iclasında nüfuzlu əcnəbi və yerli psixoterapistləin, klinik refleksoloqların və psixoloqların təqdimatında məruzələr dinlənildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.