Fotos
Gənc alimlər Azərbaycanın turizm potensialının elmi təşviqində iştirak edəcəklər
İyn 06 , 2017 | 07:00 / Mühüm hadisələr
Oxunma ( 2341 )

6 iyun 2017-ci il tarixində AMEA-nın konfrans zalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurası ilə birgə “Azərbaycan turizm potensialının elmi təşviqi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Metodiki mərkəzin 2017-ci il üçün iş planında nəzərdə tutulmuş “Mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar”-ın davamı olaraq keçirilmiş tədbir həmçinin, Şura ilə imzalanmış anlaşma Memorandumunun çərçivəsində həyata keçirilmişdir. Belə ki, Mərkəzin qarşısında duran hədəflərdən biri mədəniyyət və turizm sahələrində mövcud problemlərin həllinə respublikanın elmi potensialının cəlb olunmuşdur.

Dəyirmi masa Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və Elmi-Metodiki Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin iştirakı ilə keçirilib. Tədbirdə turizm iqtisadiyyatın güclü amili, təsirli sosial institutu, cəmiyyətdə ictimai rifahın və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsindəki, elmi və mənəvi əhəmiyyəti diqqətə çatdırılmışdır.

Mövzulardan biri turizm sahəsində milli keyfiyyət sistemin təşviqi və fəaliyyət planı xüsusi olaraq müzakirə olunub və geniş fikir mübadiləsi aparılmışdır. Tədbirdə Şura ilə Mərkəzin yeni ideyaların və birgə layihələrin vacibliyi bir daha vurğulanmışdır.

Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan olunması nəticəsində turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bir daha sübut edir ki,  turizm dövlət və regional səviyyədə həyata keçirilən sosioloji, elmi və mədəni siyasətin strateji amillərdən biridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.