Fotos
AZƏRBAYCANLI ALİMLƏR BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR
İyn 07 , 2017 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 2282 )

AMEA Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehdiyeva, institutun Təhsil  şəbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov və doktorant Nigar Mürsəl qızı Kyu Kral Botanika Bağının London şəhərində təşkil etdiyi “Dünyada bitkilərin vəziyyəti” adlı beynəlxalq simpoziumda iştirak ediblər.

12 ölkədən 128-ə yaxın mütəxəssisin iştirak etdiyi və müvafiq mövzular üzrə məruzələrin dinlənildiyi simpozium “Bitki müxtəlifliyinin məruz qaldığı itmə təhlükəsi”, “Təbii meşə yanğınları, İnvaziv bitkilər”, “Dərman bitkiləri və Təbiətin qiymətləndirilməsi” sessiyalarını əhatə etmişdir.

Tədbirdə Dərman bitkiləri bölməsi üzrə b.ü.e.d. N.Mehdiyeva “Azərbaycan florasının farmasevtik potensialı”, Bitki müxtəlifliyinin məruz qaldığı itmə təhlükəsi bölməsi üzrə b.ü.f.d. R.Səlimov “Azərbaycanda nadir və itmə təhlükəsində olan bitki populyasiyalarının öyrənilməsinə multidissiplinar yanaşma” və invaziv bitkilər bölməsi üzrə doktorant N.Mürsəl qızı “Azərbaycan florasında invaziv növlərin yayılması” mövzularında təqdimatla çıxış ediblər. Həmçinin, azərbaycanlı alimlər tərəfindən hər üç mövzuya aid poster də təqdim olunub. Təqdim edilən bütün məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir müddətində dünyanın müxtəlif ölkələrini təmsil edən mütəxəssislərlə fikir mübadiləsi aparılıb, son illərdə Botanika İnstitutunda həyata keçirilən elmi tədqiqatlar barədə geniş məlumat verilib.

Qeyd edək ki, "Dünyada Bitkilərin Vəziyyəti" bitki müxtəlifliyinin məruz qaldığı qlobal təhlükələr və bununla əlaqəli fəaliyyət planlarının müzakirə edildiyi elm və siyasət simpoziumudur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.