Fotos
Geoekoloji cəhətdən böyük təhlükə riski doğuran palçıq vulkanının növbəti - 19-cu püskürməsi baş verdi
İyn 12 , 2017 | 01:18 /
Oxunma ( 2472 )

Bakıdan 12 kilometr şimalda yerləşən Keyrəki palçıq vulkanında püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, püskürmə iyunun 12-si səhər saat 7 radələrində başlayıb və 15 dəqiqə çəkib. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 20-30 santimetr təşkil edib. Yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı var və onların da aktivləşmə ehtimalı artıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ərazidə monitorinqlər aparır.

 

Keyrəki palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun ərazisinə daxildir.

 

İndiyədək vulkan 18 dəfə püskürüb. Bundan əvvəlki püskürmə 2014-cü ildə qeydə alınıb.

AMEA Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Orxan Abbasovun "gencalimler.az" saytına verdiyi məlumata görə, Bakıya ən yaxın, geoekoloji cəhətdən böyük təhlükə riski doğuran palçıq vulkanının növbəti - 19-cu püskürməsi bu gün baş verib: "Şükür Allaha ki, bu dəfəki püskürmə də vulkanın köhnə brekçiya sahəsində yerləşən fərdi obyektlərə və evlərə zərər vermədi. Lakin proqnozlaşdırılan təhlükə riski vulkanın hər püskürməsindən sonra daha da artmaqdadır. Əlaqədar təşkilatlar ölçü götürməsə insan tələfatı qaçılmaz olacaq".
O bildirib ki, yeni püskürmənin əhatə sahəsi 4-5 ha arasında tərəddüd edir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.