Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini açıqladı
İyn 20 , 2017 | 06:09 /
Oxunma ( 2053 )

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeronda və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan IX siniflər üzrə 43 779 şagirddən 341 nəfəri imtahana gəlməyib. 6 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

İmtahanda iştirakı nəzərdə tutulan XI siniflər üzrə 32 855 şagirddən 354 nəfəri imtahana gəlməyib. 28 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.