AMEA-nın ilk magistrlərinin Məzun günü keçiriləcək
İyn 22 , 2017 | 12:33 /
Oxunma ( 2644 )

7 iyul 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında Akademiyanın ilk magistrlərinin Məzun günü (Məzun-2017) keçiriləcək. Tədbirdə AMEA-nın ilk məzunlarına diplomlar təqdim olunacaq. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.