AMEA Aşqarlar Kimyası İnstitutunda sintez olunan fizioloji fəal maddələrin İtaliyada ilk dəfə kliniki sınaqları aparılacaq
İyl 04 , 2017 | 02:05 /
Oxunma ( 2372 )

Məlum olduğu kimi ölkə rəhbəri, cənab prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə dərman zavodunun inşası nəzərdə tutulub. Pirallahıda yerləşəcək bu müəssisədə birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır. Bu prosesin həyata keçirilməsi üçün AMEA-nın kimya profilli tədqiqat İnstitutları qarşısında konkret vəzifələr qoyulmuşdur. Bu vəzifələrdən irəli gələn məsələləri həll etmək üçün AMEA-nın Aşqarlar Kimyası İnstitutu beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın aparıcı institutları ilə birgə tədqiqatlara start verib.  “Fizioloji fəal maddələrin sintezi və tədqiqndə yeni yanaşmalar” adlı müştərək tədqiqatlar hazırda İtaliyanın Florensiya, Türkiyənin Atatürk, Səudiyyə Ərəbistanın Kral Səud Universitetinin alimləri ilə birgə aparılır. Aşqarlar Kimyası İnstitunda maddələr sintez edilir. Onlar Türkiyə və İtaliyaya göndərilir. Orada mərhələ şəklində həmin maddələrin fərqli metodla antioksidant və fermentativ təsirləri araşdırılır. Analizlər nəticəsində məlum olmuşdur ki, aldığımız maddələr müasir tibbin ən aktual problemli xəstəliyi olan bədxassəli şişlərə səbəb olan neqativ proseslərə yüksək inhibitor təsir göstərə bilir. Hətta bu xəstəlikllərdə standart dərman kimi tətbiq olunan tokoferol, alfa-troloks preparatlarına nisbətən bizim aldığımız maddələr 10 dəfə yüksək təsirə malikdir.

Bu nəticələr İtaliya Milli Tədqiqat Şurası Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün bizim instituta birgə tədqiqatlar aparılması və alınacaq dərman maddələrin orada kliniki sınaqlarının aparılması ilə bağlı təklif daxil olub.Həmin İnstitutun aparıcı alimləri ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş müsabiqəyə layihə təklifi hazırlanıb göndərilib. Bu müştərək layihə reallaşacağı təqdirdə Azərbaycan elmində böyük bir ilkə imza atılmış olacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.