Fotos
AMEA gənc alimləri regionlarda mədəni turizmin təbliğinə başladı
İyl 04 , 2017 | 11:47 / Mühüm hadisələr
Oxunma ( 2749 )

İyulun 4-də İsmayıllı rayon Uşaq Kitabxanasında AMEA-nın Gənc alimlər və mütəxəssislər Şurası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar çərçivəsində "Mədəni turizm əsasları" mövzusunda təlim keçirilib. Mərkəzdən bildirilib ki, AMEA ilə imzalanmış Əməkdaşlıq memorandumu əsasında təşkil olunmuş treninqin əsas məqsədlərindən biri respublikada turizm və mədəniyyət sahələrinin inteqrasiyasını təmin etmək, habelə bu təsisatların fəaliyyət istiqamətlərinin daha geniş və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanların və qarşılıqlı maraqların müzakirəsidir.

Təlim zamanı mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, turizm və mədəniyyət sektorundakı problemlərin həllinə xidmət edən layihələr davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaqdır. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.