Fotos
AMEA Radiasiya Problemləri İnstitutunun gəncləri Kazanda konfransda iştirak ediblər
İyl 06 , 2017 | 06:09 / Mühüm hadisələr
Oxunma ( 3116 )

25-30 iyun 2017-ci il tarixində Rusiyanın Kazan şəhərində “XXI Всероссийской конференции по физики сегнетоэлектриков (ВКС XXI)” adlı beynəlxalq konfrans keçirilib. Kazan Federal Universitetinin təşkilatçılığı ilə bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Təhsil şöbəsinin rəhbəri fizika üzrə fəlsəfə doktoru Mikayılova Əminə və “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Əliyeva Nuranə təmsil ediblər.

Adı çəkilən gənc alimlər Seqnetoelektriklər fizikası sahəsində tanınmış alimlərin çixişlarını dinləmişlər. Onların təqdim etdiyi TlInS2 легированный V, Cr, Mn − новый сегнетоэлектрик релаксор”“Суперионная проводимость в кристаллах TlInS2 и TlGaSe2 индуцированная γ–облучением” adlı elmi məruzələr poster təqdimatında müzakirə edilib.

Sonda bir qrup iştirakçılarla yanaşı Azərbaycanlı gənc alimlərə də sertifikatlar təqdim olunub. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.