Bu il AMEA-nın magistraturasına 67 nəfər qəbul olunub
İyl 10 , 2017 | 08:36 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3053 )

Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsinin yaradılması ilə bağlı işlərə pilot layihə çərçivəsində başlanılıb. Bu fikirləri bildirən AMEA-nın prezidenti, akademik Akif Əlizadə daha sonra deyib: "Birinci qəbul ilində AMEA-nın magistraturasına qəbul olmaq üçün 400-ə yaxın bakalavr müraciət edib. İlk qəbulda 9 ixtisas üzrə 19 nəfər magistraturaya qəbul olub. Onlardan 1 nəfəri hərbi xidmətə yollanıb, 18 nəfər isə təhsilini uğurla davam etdirərək magistr adı alıb".
A.Əlizadə deyib ki, AMEA-nın magistraturasına maraq olduğu üçün növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb: "2016-2017-ci tədris ilində AMEA-nın magistraturasına 18 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə qəbul olmaq üçün 1700-dən çox bakalavr müraciət edib və son məlumata əsasən, onlardan 67-si qəbul olunub".

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.