Magistraturaya qəbul olunanların qeydiyat müddəti iyulun 14-ə qədər uzadıldı
İyl 10 , 2017 | 08:51 /
Oxunma ( 2615 )

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrların nəzərinə!

2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış); 

- 4 ədəd fotoşəkil (3×4 sm).

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2017-ci il iyun ayının 29-dan iyul ayının 14-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə,otaq 150) aparılacaqdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Əlaqə nömrələri: (+994 12) 537 23 97, 539 20 35.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.