Elmin İnkişaf Fondu bu il elan etdiyi müsabiqənin nəticələrini açıqlayacaq
İyl 11 , 2017 | 01:46 / Mühüm hadisələr
Oxunma ( 2752 )

13 iyul 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Mərkəzi Bank və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə birgə “2 Fevral – Gənclər Günü” münasibətilə elan etdiyi “Gənc alimlər və maliyyə savadlılığı” mükafat müsabiqəsinin nəticələri açıqlanacaq.

Ünvan: Xətai rayonu, Yusif Səfərov küçəsi 27, 9-cu mərtəbə. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.