Fotos
AMEA Mərkəzi Nəbatat Bağının gənc alimi beynəlxalq elmi-praktiki konfransda iştirak edib
İyl 12 , 2017 | 02:56 / Mühüm hadisələr
Oxunma ( 2220 )

Moskva şəhərində “Botanika bağlarında az yayılmış dekorativ bitkilər” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının gənc alimi Ofeliya Qafarova iştirak edib. O, konfransda “Abşeron yaşıllaşdırması üçün istifadə olunan MNB-nın seleksiyasından olan yeni bağ qızılgül sortları” mövzusunda məruzə ilə çıxış edib. Konfrans çərçivəsində Moskva Baş Botanika və Tver şəhərindəki Botanika bağlarına ekskursiya təşkil olunub. Məqsəd bağın kolleksiyasında toplanmış müxtəlif qızılgül sortları ilə tanışlıq, yeni Rusiyanın Baş Botanika Bağı arasında əlaqələrin qurulmasından ibarət olub.

Moskva Baş Botanika Bağından AMEA Mərkəzi Nəbatat Bağına aşağıdakı qızılgül sortlardan gətirilmişdir:

1. Jacaranda HT.

2. Porcelain F.

3. Paris d’Yves Saint Laurent HT.

4. Care S.

5. Liebeszauber HT.

6. Ruby HT.

7. Osiana HT.

8. Arthur Bell HT.

9. Kiss F.

10. Bianca HT.

11. Blue Boy F.

12. Leonardo da Vinci F.

13. Arthur Remb. HT

14. Demian de Curson HT.

15. William Szekspir S.

16. Цыган Фл.

17. Ломоносов Чг.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.