“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
İyl 13 , 2017 | 11:29 / Elmi müsabiqələr
Oxunma ( 3259 )

yulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Mərkəzi Bank və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun 2 Fevral – Gənclər Günü münasibətilə elan etdikləri “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müsabiqə barədə məlumat verib. Bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək göstərmək, ölkədə iqtisadi və maliyyə savadlılığını artırmaq, maliyyə savadlılığının ictimai dəyər kimi tanıtmaq və insanların davranışlarında müvafiq dəyişiklik yaratmaqdır. Eyni zamanda, mövzu üzrə ixtisaslaşmış fəal gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır.

Sonra müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.