AMEA-da yaranmış mənzil problemi yenidən gündəmdədir
İyl 20 , 2017 | 01:32 / Mühüm hadisələr
Oxunma ( 2944 )

yulun 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib. Müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.

Görüşdə AMEA-nın yataqxanasında yaşayan elmi işçilərin Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, inşa olunmuş binaya köçürülməsi məqsədilə yaradılmış komissiyanın ləğv edilməsi və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi yaxın günlərdə qərar verəcək.

Bundan əlavə, AMEA elmi işçilərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.