"Energy, Life, Science" mövzusunda konfrans keçiriləcək
İyl 21 , 2017 | 11:26 / Mühüm hadisələr
Oxunma ( 2536 )

26 iyul 2017-ci il tarixində Qazaxıstanın Astana şəhərində "EXPO-2017 − Gələcəyin enerjisi" adlı beynəlxalq sərgi keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası sərgi çərçivəsində "Energy, Life, Science" mövzusunda konfrans təşkil edəcək.

Konfransda AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev "Xəzər dənizində qaz hidratları", Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov "Nazik təbəqəli günəş elementləri" və Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Təbii katalizatorlardan istifadə etməklə bitki ehtiyatlarından biomotor yanacaqlarının və onlardan komponentlərin alınması" adlı məruzələrlə çıxış edəcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.