Bəzi dövlət qulluqçuları 5 ildən bir imtahan verəcəklər
Avg 03 , 2017 | 12:31 /
Oxunma ( 2070 )

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğunda işləyənlərin hər 5 ildən bir yenidən imtahan verməli olduğunu bildirmişdi.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul imtahanda iştirak edib işə qəbul olunan şəxslərə sertifikat verilir:

 “Beş ildən sonra həmin sertifikatın hüquqi qüvvəsi itir. Buna görə də onlar yenidən imtahanda iştirak etməli olacaqlar”.

Bəs bu qərar hansı dövlət qulluqçularına şamil edilir?

DİM-dən verilən məlumata görə, dövlət qulluğunda işləyənlərin 5 ildən bir imtahan verməsi haqqında qərar yeni işə qəbul olunanlara aid olacaq.

Qeyd edək ki,  "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə “Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında qərar isə  bir neçə ay bundan öncə verilib. Qərara əsasən, şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.