Magistraturaya əlavə qəbulun nəticələri açıqlandı
Avg 16 , 2017 | 09:00 /
Oxunma ( 3002 )

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb. 

Dövlət İmtahan Mərkəzinini (DİM) yaydığı məlumata görə, müsabiqənin nəticələri mərkəzin internet saytında yerləşdirilib.

Məlumatda deyilir ki, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Magistraturanın boş qalan 2049 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1429 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 726 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2017-ci il avqustun 17-dən 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.