Bu il də müəllimlik ixtisasını seçən 500-dən yüksək bal toplayan 300 tələbəyə "Gələcəyin müəllimi" təqaüd veriləcək
Avg 30 , 2017 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 4694 )
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə “Gələcəyin müəllimi təqaüdü” təsis edilmişdir. Təqaüd peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.
Təqaüdün verilmə şərtləri:
  • Hər il pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan ilk 300 tələbəyə şamil olunur
  • İxtisas seçimində birinci və ya ikinci sırada müəllimlik ixtisaslarını qeyd edərək ali təhsil müəssisələrinə qəbul olunan tələbələr arasından ixtisasları üzrə mütənasiblik gözlənilərək seçilir
  • 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olan 1-ci və 2-ci maddələrdə qeyd olunan şərtləri ödəyən tələbələr əlavə təqaüd alacaqlar
“Gələcəyin müəllimi təqaüdü”nün təqdim edilməsi nəticəsində yüksək nəticəli tələbələrin pedaqoji fakultələri seçmə göstəricisi 37% artmışdır.
Qeyd edək ki, 2014-cü ildən tətbiq edilən təqaüd proqramından 900-ə yaxın tələbə yararlanır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.