Fotos
AMEA GENETİK EHTİYATLAR İNSTİTUTUNUN ALİMLƏRİ TÜRKİYƏYƏ EZAMİYYƏTDƏ OLUBLAR
Sen 07 , 2017 | 04:27 / Mühüm hadisələr
Oxunma ( 3465 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Biotexnologiya şöbəsinin İnsan Genetikası Qrupunun elmi işçiləri Xaqani Eynullazadə və Bayram Bayramov Türkiyənin Ankara şəhərində yerləşən İntergen Genetik Mərkəzində (İGM) 1 ay müddətində ezamiyyətdə olmuşlar.

İGM Türkiyənin ilk özəl genetik analizlər həyata keçirən və genetik servis verən mərkəzlərindən biridir. Bu mərkəz Türkiyə ilə yanaşı, bir sıra xarici ölkərə genetik servis verir. Sözügedən mərkəzdə tibbi genetika, farmakogenetika, sitogenetika, hüceyrə kulturası, genetik məsləhətləşmə, perinatal və postnatal diaqnostika, xərçəng genetikası sahəsində genetik analizlər olunur. Eyni zamanda mütəxəssis həkimlər tərəfindən Türk populyasiyasında nadir rast gəlinən genetik xəstəliklərin diaqnozunun qoyulması və genetik məsləhətləşmə həyata keçirilir. Burada mütəmadi olaraq kurs və təlimlər həyata keçirilərək həm Genetik xəstəliklər haqqında məlumat verilir, həm də analizlərdə istifadə olunan metodlarla bağlı praktik məşğələlər təşkil olunur.

B.Bayramov və X.Eynullazadə ezamiyyət müddətində xəstənin mərkəzə ilk müraciət etməsi, nümunələrin alınması, analiz olunması və yeni nəsil sekvenser cihazlarından əldə olunan məlumatların (data) bioinformatik analizi və alınan nəticələrin xəstəyə bildirilməsi mərhələlərində iştirak etmişlər. PCR, RT-PCR, Sanger və İllumina miseq sekanslama metodları ilə bağlı təcrübi və nəzəri biliklərə yiyələnmiş metodikalardan istifadə edərək geniş yayılmış və nadir rast gəlinən genetik xəstəliklərin yaranmasına səbəb olan mutasiyaların tapılmasını həyata keçirmişlər.

Səfər çərçivəsində təlim iştirakçıları Mərkəzin Həkim genetikləri  Dr. Serdar Ceylaner və  Dr. Gülay Ceylaner ilə görüşlər keçirmişlər. Görüş zamanı İGM ilə GEİ arasında birgə əmakdaşlığın həyata keçirilməsi müzakirə olunmuş, belə təlimlərin gələcəkdə də davam etdirilməsi məsələsi ilə bağlı razılığa gəlinmişdir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.