Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının impakt faktoru 4,293 olan nüfuzlu xarici jurnalda növbəti məqaləsi çap olunub
Sen 14 , 2017 | 02:47 / Elmi nəşrlər
Oxunma ( 3180 )

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının impakt faktoru 4,293 olan Tomson Reuters beynəlxalq bazada referatlaşdırılmış xarici jurnalda (İlhami Gulçin, Malahat Abbasova, Parham Taslimi, Zübeyir Huyut, Leyla Safarova, Afsun Sujayev, Vagif Farzaliyev, Şükrü Beydemir, Saleh H. Alwasel & Claudiu T. Supuran, Synthesis and biological evaluation of aminomethyl and alkoxymethyl derivatives as carbonic anhydrase, acetylcholinesterase and butyrylcholinesterase inhibitors, Journal of Enzyme Inhibition and Medicinal Chemistry, 2017, 32:1, 1174-1182,

http://www.tandfonline.com/doi/full/10.1080/14756366.2017.1368019 ) növbəti məqaləsi dərc olunub.

Məqalə benzoksotion və 2-aminotiazolların aminometil və alkoksimetil törəmələrinin sintezinə və onların bioloji fəallığının tədqiqinə həsr olunumuşdur.

Məlumat üçün qeyd edək ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları 2015-Cİ İLDƏN Italiyanin Florensiya, Türkiyənin Atatürk və Səudiyyə Ərəbistanını Kral Səud Universiteti əməkdaşları ilə birgə tədqiqatlar aparırlar. İndiyə qədər sintez etdikləri 50-dən çox yeni maddənin ilk dəfə canlı orqanizmdə fərqli metodlarla antioksidant, karbon anhidraz (CA) I, II izoenzimlər üzrə inhibitor, metal xelatlaşdırıcı təsirləri tədqiq edilmiş və məlum olmuşdur ki, onlar yüksək fizioloji fəallığa malik olaraq hüceyrə və toxuma səviyyəsində baş verən bədxassəli şişlər (kanser), qıcolma (iflic), ağılzəifliyi, tənəffüs yolları və mədə-bağırsaq traktının kəskin iltihabı və sair kimi xəstəliklərə səbəb olan patoloji proseslərin qarşısını alır, bloklaşdırıcı xassə göstərirlər və bəzi nümunələr indiyə qədər standart birləşmələr kimi tətbiq olunan a-tokoferol, troloks və sairdən 10 dəfə yüksək təsirə malikdirlər.

İndiyə qədər müştərək tədqiqatların nəticəsi olaraq 1 monoqrafiya və 7 məqalə dərc olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.